+994(12) 464 88 53

Kadr siyasəti

MZ Group şirkətinin öz sahəsində daim birinci olması üçün istedadlı işçilərin seçilməsi,  təlimləndirilməsi və dinamik inkişafı kadr siyasətimizin əsas məqsədidir. 

Şirkət bərabər əmək hüququnu rəhbər tutaraq şəffaf işəgötürmə siyasətinə sadiqdir. İşəgötürmə zamanı və gündəlik fəaliyyət dövründə milliyyətə, dini mənsubiyyətə, yaşa, cinsə, irqə, fiziki qüsurluğa görə ayrı seçkiliyə yol verilmir. Şirkət İnsan Resurslarına aid qərarları yalnız işçinin qabiliyyəti və işə münasibəti əsasında verir. 

MZ Group şirkətinin İnsan resursları tərəfindən işçinin təlimat kitabçası adlı sənəd hazırlanmışdır. 

Şirkətin işçilərinin davranışlarının başlıca norma və prinsiplərini dəqiq şəkildə nizamlayan bu sənəd həm də onlara mənəvi və psixoloji keyfiyyətlər aşılayır.  Bütün bunlar öz dəyərli müştərilərimizə daha keyfiyyətli xidmət vermək üçün təşkil edilir.

Şirkət üçün önəmli qərarlar qəbul edilərkən işçilərin fikirləri öyrənilir və onların təklifləri qərarlarda nəzərə alınır. Yeni sezon ürünlərinin sifarişləri verilərkən hər zaman mağaza menecerləri ilə görüşülür və onların novator düşüncələrinə xüsusi yer verilir. 

MZ Group şirkəti kadr seçimi zamanı əsasən gənc və perspektivli kadrları öz sıralarına cəlb etməyə çalışır.

Şirkət gənc kadrların peşəkar və karyera inkişafı üçün  geniş imkanlar təklif edir. 

Ona görə də MZ Group şirkətində çalısmaq Azerbaycanın ən dinamik və perspektivli tekstil şirkətlərinin birində  öz karyerasını praktiki olaraq sıfırdan qurmaq üçün şans əldə etmək deməkdir. 

Vakansiyalar

MZ Group şirkətində karyera qurmaq arzusunda olan namizədlər öz "CV" - lərini bu ünvana göndərə bilərlər:

hr@mzgroup.az

Təqdim edilmiş "CV" - lər nəzərdən keçirilib qeydiyyata alınacaqdır.  Şirkətdə mövcud vakansiya yarandığı təqdirdə, uyğun namizəd müsahibəyə dəvət ediləcəkdir.